Bakının Pirallahı rayonunda intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə S.Bağırov küçəsi, Zirə bağlarında qeydə alınıb.
1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu bıçaqla əvvəllcə qollarını doğrayıb,daha sonra o, ürəyinə bıçaqla zərbə vurub.
Yaralı affekt vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasınayerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o ölüb.
Polis əməkdaşlarıda E.Paşayevin intihar etdiyini təsdiqləyib.