Xəzər dənizinin Xaçmaz rayonu ərazisinə düşən hissəsində adam batıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Niyazabad kəndi ərazisində baş verib.
Batan şəxsin təqribən 30 yaşlı Pənah Əhmədov olduğu bildirilir. Hazırda onun meyitinin axtarışları davam etdirilir.