Qazaxda 18 yaşlı iki qızı “Tofaş” vurdu


Qazaxda iki nəfərin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, rayonun İkinci Şıxlı kəndi ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Tamaşa Əli qızı Məmmədova və onun həmyaşıdı Gülnur Məqsəd qızı Mirzəliyevanı “Tofaş” markalı avtomobil vurub.

Xəsarət alan hər iki piyada Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.