65 yaşlı qadını qohumu döydü: Vəziyyəti ağırdır


Gədəbəydə döyülmə faktl qeydə alınıb.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Əsgərova Zəraf Kamil qızı yaşadığı evdə döyülüb.

Qadın dərhal Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdilrib. Qadının vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanaların birinə aparılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirlir. Qadının yaxınlarının sözlərinə görə, Z.Əsgərova əmisi oğlu tərəfindən döyülüb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.