Cəlilabadda "KamAZ" aşdı: Xəsarət alan var


Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.