Sumqayıtda kişini öldürdülər


Sentyabrın 25-də axşam Sumqayıtda qətl hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib. 

Hələlik, yalnız öldürülən şəxsin adının Şəhriyar olduğu məlumdur.

Qətl hadisəsi bıçaq vasitəsi ilə törədilib. Şübhəli şəxsin kimliyi və qətlin motivləri hələlik bəlli deyil.

Fakt üzrə araşdırma aparılır.