70 yaşlı kişini maşın vurdu


Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Hacıəhmədoba kənd sakini, 70 yaşlı Məmmədtağı Kərimovu rayon ərazisində maşın vurub.

Ağyazı kənd sakini Kərim Səfərov idarə etdiyi avtomobillə yolu keçmək istəyən M.Kərimovu vurub.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.