Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə “erməni qəbiristanlığı” kimi tanınan ərazidə baş verib.
Gecə klublarından birinin yaxınlığında naməlum şəxs və ya şəxslər 1988-ci il təvəllüdlü Ağalarov Nahid Bəylər oğlunu bıçaqlayıb.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona ayağın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hazırda Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışları istiqamətində istintaq işi aparır.