Motosiklet “VAZ 2106”la toqquşdu: Sürücü komaya düşdü 

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. 

Rayon sakini, 1997-ci il təvəllüdlü Pənahov Elçin Mübariz oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən “VAZ 2106” markalı avtomobillə toqquşub.
Nəticədə, ağır bədən xəsarətləri alan motosiklet sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.Pənahov komaya düşüb. 

Faktla bağlı araşdırma aparılır.