Şirvanda bıçaqlanma baş verib.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini həyat yoldaşı, 24 yaşlı Behbudova Güllübəyim Muxtar qızı və qayınanası, 50 yaşlı Musayeva Sitarə Ərşad qızına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib, həyat yoldaşının qulağını kəsib.
Yaralılar Şirvan Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.