Göygöldə yol qəzası: Yaralananlar var

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 2 “VAZ” markalı avtomobil toqquşub.

Nəticədə 1989-cu il təvəllüdlü Məhərrəmov Fariz və 1989-cu il təvəllüdlü  Budaqov Hicran müxtəlif bədən xəsarəti alıblar.

Zərərçəkənlərin hər ikisi xəstəxanaya aparılıb.