Tovuzda ağır qəza: Maşın iki yerə bölündü - FOTOLAR (YENİLƏNİB)

Tovuzda baş verən yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə, yaralanan 7 nəfərdən 6-sı Şəmkir sakinidir.
Yaralılar aşağıdakılardır:

Sadiqova Nüranə Vaqif qızı - 1989-cu il təvəllüdlü Şəmkir sakini
Müstafayeva Nərminə Bəhman qızı - 2006-cı il təvəllüdlü Şəmkir sakini
Nərimanov Bayram Elşad oğlu - 2015-ci il təvəllüdlü Şəmkir sakini
Nərimanova Bəsti Salam qızı - 1963-cü il təvəllüdlü Şəmkir sakini
Sadiq İxtiyar Vidadı oğli - 1984-cü il təvəllüdlü Şəmkir sakini
Mustafayevə Aynürə Vidadi qızı - 1977-ci il təvəllüdlü Şəmkir sakini
İsgəndərov İsgəndər Fərman - 1954-cü il təvəllüdlü Tovuz sakini.

12:39

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ 2107” markalı maşın toqquşub. 

Nəticədə, “Jiquli” markalı maşınlardan biri iki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.