Bakıda 54 yaşlı kişi ölüb.
APA -nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Qadir Aydın oğlu Məmmədov rayon ərazisindəki küçələrin birində olub.
Q.Məmmədovun ölüm səbəbinə hələ aydınlıq gətirilməyib.
Meyit daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza Mərkəzinə təhvil verilib.
Bakıda daha bir ölüm hadisəsi baş verib. APA -nın məlumatına görə, Sabunçu rayonu, Muxtarov qəsəbə sakini, 78 yaşlı Cəmil Göyərçin oğlu Xəlilov küçədə yıxılıb. O, yıxılarkən aldığı kəllə-beyin travması nəticəsində orada ölüb.
İlkin ehtimal kimi, onun içkili olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.