Onlar da Baş Prokurorluğa çağırıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Qurban Cəlal oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.

Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər – İlqar Allaz oğlu Hacıyevə, Qurban Cəlal oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.

Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.