The Times: Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır
Yusif Nəzərli
15:32 16.03.2025
Dünya
406
Böyük Britaniyanın Baş naziri Kir Starmer, "istəkli koalisiya" çərçivəsində keçirilən virtual görüşdə Ukrayna üçün 10.000-dən çox hərbçidən ibarət sülhməramlı qüvvələrin yaradılması planlarını müzakirə edib.
APA xəbər verir ki, bu barədə The Times yazır.
Hökumət rəsmilərinin məlumatına görə, Baş nazir, əvvəlcə quru qoşunları göndərməyi təklif edən üç ölkədən daha çox sayda ölkənin dəstəyini alıb. Kontingentin əsas hissəsini Böyük Britaniya və Fransa təşkil edəcək.
Ümumilikdə, təxminən 35 ölkə bu missiyaya silah, logistika və kəşfiyyat dəstəyi verməyi qəbul edib. Bu missiya Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edildiyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinin yenidən hücum etməsinin qarşısını almağı hədəfləyir.
Starmer, Rusiya liderinin gec-tez danışıqlar masasına oturmalı olacağını bildirib. O, tam atəşkəsin idarə edilməsi və monitorinqi mexanizmlərinin müzakirə edilməsinin, eləcə də davamlı sülhün təmin edilməsi üçün ciddi danışıqların aparılmasının vacibliyini vurğulayıb. Sülhməramlı missiyanın fəaliyyətləri ilə bağlı suallara cavab olaraq, bu məsələlərin yaxın zamanda hərbi rəhbərlik tərəfindən müzakirə ediləcəyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya