Teddi Riner Makronun dəstəyini “ölüm öpüşü” adlandırdı

Fransalı cüdo üzrə olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Riner Fransa Prezidenti Emmanuel Makronun onun namizədliyinə dəstək ifadə etməsinə münasibət bildirərək bu dəstəyi “ölüm öpüşü” kimi xarakterizə edib.

O bildirib ki, prezident seçkilərində iştirak etmək qərarını özü verib və bu qərarın arxasında hər hansı siyasi qüvvə dayanmayıb.

Riner heç bir siyasi partiya ilə əlaqələndirilmək niyyətində olmadığını, öz mövqeyinə və şəxsi prinsiplərinə sadiq qalacağını vurğulayıb.

Qeyd edək ki, Makron daha əvvəl Rinerin prezidentlik uğrunda mübarizəyə qoşulmaq qərarını müsbət qiymətləndirmiş və bunun Fransa üçün faydalı ola biləcəyini bildirmişdi.