Netanyahudan İran çağırışı: Bu təhlükəni aradan qaldıraq!

İran nüvə proqramını bərpa etmək üçün səylər göstərir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin formalaşdırılması ilə bağlı çağırışında bildirib.

"Biz birbaşa məhv edilmə təhlükəsinin qarşısını aldığımız "Am Kelavi" və "Şaaqat Haari" əməliyyatları zamanı etdiyimiz kimi, gələcəkdə də bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Biz bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmalıyıq", - Netanyahu qeyd edib.