100 milyon dollarlıq mesaj: Sürücü olduğunu unutdu



Rusiyanın paytaxtı Moskvada gecə saatlarında bir tramvay dayanacağa yaxınlaşarkən böyük bir qəza baş verdi. Tramvay hərəkətdə ola- ola sürücü cib telefonuyla mesajlaşarkən önünə baxmadı.

Bir müddət sonra başını qaldıran sürücü  başqa bir dayanacağa yaxınlaşdığını və qarşısında başqa bir tramvayın dayanacaqda gözlədiyini fərq etdi. Önündəki tramvayı gec fərq edən sürücü əlindəki telefonu buraxaraq tramvayı dayandırmağa çalışdı, lakin olan oldu. Tramvay arxadan önündəki tramvayla toqquşdu. Yaşanan qəzada sürücü daxil vaqonlarda olan 6 nəfər yaralandı.

Qazadan sonra sürücü haqqında Moskva Bələdiyyəsi administrativ istintaqa başlayıb. Eyni zamanda Moskva Bölgə Prokurorluğu da mövzu ilə əlaqədar hərəkətə keçib. Mətbuatda yayılan görüntülərdə sürücünün yüz faiz suçu olduğu görünür.  Nəticədə sürücünün işdən çıxarılacağı, tramvayların cəmdə  100 milyon dollar zərər gördüyü açıqlanıb.
Ruslar ictimai mediadan, "100 milyon dollarlıq mesaj, Kreml sarayının qarşısından lüks bir ev almaq olardı " kimi şərhlər yazaraq qəza törədən sürücüyə lağ ediblər.

Turan