Gəncədə yaşayış binasında yanğın olub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.