ABŞ-da universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var


ABŞ-ın Texas ştatında universitetə hücum olub.

APA-nın xəbərinə görə, bu barədə “Dallas Morning News” qəzeti məlumat yayıb.

Greenvill şəhərində “Texas A&M” Universitetində məzunların iştirakı ilə keçirilən tədbir atəşə tutulub.

İlkin məlumata görə, ən azı 2 nəfər ölüb, 10-dan çox yaralı var.

Atəş açan şəxsin kimliyi və saxlanılıb-saxlanılmadığı bilinmir.