Bakı Apellyasiya Məhkəməsində 66 yaşlı kişini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mürsəlov doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb. Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.