Bakının Sabunçu rayonunda 55 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.
Bədbəxt hadisə rayonun Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsi 5 ünvanında baş verib.
Belə ki, qeyd edilən ünvanda yaşayan və orada fəhlə kimi çalışan Beyləqan rayon sakini, 1964-cü il təvəllüdlü Sərvər Ənvər oğlu Əhmədov qəsəbədəki O.Əfəndiyev küçəsində yerləşən hündür ərazidə gedərkən ayağı sürüşərək 10 metr hündürlükdən yerə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.