Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi ZİL-131 markalı avtomobili çaya aşırıb.
Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.