"Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə təşkil edilir.
Bu barədə APA-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.
İctimaiyyətə əlavə məlumat veriləcək.