Bərdədə 2 uşaq anası özünü binadan atdı


Bərdədə 2 uşaq anası özünü 4-cü mərtəbədən atıb.

Qafqazinfo xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınmış 7 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada yaşayan 1996-cı il təvəllüdlü Bayramova Məlahət intihar etmək istəyib.

Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.