Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Vectra" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
DGK-dan Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin sonradan kinoloji xidmət itinin tətbiqi ilə avtomobilin yoxlanması zamanı arxa oturacaqların içərisində və yük yerində 7800 ədəd "King" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.