Tovuzda 17 yaşlı gənci avtomobil vurub



Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 2002-ci il təvəllüdlü Asim Əhmədovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.