Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb


Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 
"Sherg.az"APA-ya istinadən bildirir ki, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.
2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin  hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.