Gəncədə faciə: Dəm qazından bir ailənin 4 üzvü zəhərləndi

Gəncə şəhərində kütləvi zəhərlənmə ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
 
Oxu.Az xəbər verir ki, hadisə Gülüstan qəsəbəsi 1, mənzil 40 ünvanında baş verib.
 
Bu ünvanda yaşayan bir ailənin 4 üzvü - 1985-ci il təvəllüdlü Qasımov Şirin Elçin oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, onların azyaşlı uşaqları 2014-cü il təvəllüdlü Qasımzadə Elçin Şirin oğlu və 2012-ci il təvəllüdlü Qasımzadə Nigar Şirin qızı dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıblar.
 
Həkimlərin səylərinə baxmayaraq J.Qasımova dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.