"EuroHome”da dəhşətli yanğın: Təyyarə və 3 helikopter cəlb olundu - FOTOLAR (YENİLƏNİB)

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

09:53

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

09:35

“Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb edilib, "Çağırış 3" elan olunub”.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

09:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-nin saytınIN xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.