İranın Nətənz Nüvə Mərkəzində qəza olub


Iranın Nətənz Nüvə Mərkəzində qəza baş veirb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın nüvə mərkəzinin  elektrik şəbəkəsində baş verdiyini bildirib. 

Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.

O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır.