Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Bu gün  Türkiyədə yerli vaxtla saat 17:06 (18:06 Bakı vaxtı) 4,2 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar Çorum vilayətinin Dodurga rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11,22 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.