Zaxarovanın barmağı qırılıb - FOTO

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın barmağı qırılıb. Bu barədə o, özünün sosial şəbəkə hesabından məlumat verib.
“Çox uğurlu həftəsonu keçirdim. Ən əsası - Qərb “tərəfdaşlarımızla” işgüzar münasibətdəki barmağım salamatdır. Xidmətdəyəm”, - deyən XİN rəsmisi paylaşımına gipsdə olan barmağının şəklini əlavə edib.