Nəsimi rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, “20 Yanvar” metrostansiyası yaxınlığındakı körpüyə çıxan şəxs intihar etmək istəyib.
Hadisə yerində olan polis əməkdaşları və vətəndaşlar dərhal müdaxilə edərək həmin şəxsin bu addımı atmasının qarşısını alıblar.
40–45 yaşlarında olan şəxsin intihara cəhd etməsinin səbəbi polis əməkdaşları tərəfindən araşdırılır.