FHN: Perinatal Mərkəzdə yanğının söndürlməsi və təxliyə tədbirlərinə 20 texnika, 90 canlı qüvvə cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürlməsi və təxliyə tədbirləri barədə məlumat yayıb.
FHN xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürlməsi və təxliyə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.