UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Barselona" matçı Türkiyə futbol tarixinin ən bahalı idman hadisəsi kimi tanınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Touchline" resursu sosial şəbəkələrdə xəbər məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu oyuna ayrı-ayrı biletlərin qiyməti 1 520 dollara (təxminən 1 400 avro) qədər yüksəlib. Bununla belə, yüksək qiymətlər tam anşlaqa mane olmayıb - bütün biletlər qarşılaşmanın start fitindən xeyli əvvəl tamamilə satılıb.
Gözlənilir ki, İstanbul klubunun təkcə bu bir oyun günündə biletlərin və klub atributlarının satışından əldə edəcəyi ümumi gəlir təxminən 5 milyon dollar təşkil edəcək.
Xatırladaq ki, "Qalatasaray"ın ev stadionu olan "RAMS Park" 52 mindən çox tamaşaçı tutumuna malikdir.