Şəmkirdə 53 yaşlı kişini elektrik vuraraq öldürü

Şəmkir sakinini evində ehtiyyatsızlıqdan elektrik cəryanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Keçili kəndində qeydə alınıb.

Kənd sakini 53 yaşlı D.Məmmədov yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik naqilinə toxunub. Bu zamanı onu cərəyan vurub. 53 yaşlı kişi xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.