Marsda Eridania adlı qədim gölün Yerdəki bütün göllərdən daha böyük olduğu aşkar edilib.
Sherg.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin məlumatına görə, Caralis Xaosunda olan bu göl milyardlarla il əvvəl 1 milyon kvadrat kilometrdən çox ərazini əhatə edirdi və Xəzər dənizindən üç dəfə böyük idi. Bu kəşf Marsın keçmişdə su ilə zəngin olduğunu və nəhəng su hövzələrinə sahib olduğunu göstərir.