3 uşağını qətlə yetirən ata da sağ qalmadı

İzmirin Bornova rayonunda 4 övladından 3-nü dağlıq əraziyə aparıb öldürən və  birini də  yaraladıqdan sonra intihara cəhd edən ata Vesim Şimşək də həyatını itirib.



 
Sherg.az xəbər verir ki, rayonun Mərkəz rayonunda dağlıq ərazidə həyat yoldaşı ilə ayrı yaşayan və psixoloji problemləri olduğu iddia edilən Vesim Şimşək (45) səhər saatlarında övladları Hiranur (11), Cemre (4), Ceylin (2) və Niranı dağlıq əraziyə aparıb. 


 
4 övladının hamısını tapança ilə vuran Vesim Şimşək daha sonra eyni silahla özünün başından vurub.

Uşaqlar Cemre, Ceylin və Nira həyatını itirib, ağır yaralanan Hiranur və ata Vesim Şimşək isə sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

İzmir Ədliyyə Tibb Qurumunda aparılan əməliyyatlardan sonra uşaqların cəsədləri ana Naciye Şimşəkin yaşadığı Manisanın Salihli mahalına aparılaraq burada torpağa tapşırılıb.

Tepecik Təhsil və Araşdırma Xəstəxanasında reanimasiyada müalicə olunan Vesim Şimşəkin həyatını xilas etmək mümkün olmayıb və bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Ağır yaralanan uşaqlardan Hiranur Şimşəkin Dokuz Eylül Universiteti Tibb Fakültəsi Xəstəxanasına sövq edildiyi öyrənilib.

Hadisə ilə bağlı başladılan istintaq davam edir.