2 nəfərlik motosikletlə 6 adam hərəkət etdi, İKİSİ ÇÜVALDA 

Adanada 6 nəfərin olduğu motosikletdə 2 azyaşlı uşaq çuvallarla aparılıb.

Sherg.az xəbər verir ki, Yüreğir rayonunun Cümhuriyyət küçəsində 2 nəfərlik motosikletlə hərəkət edən ata və 5 uşağı qəza təhlükəsi ilə üz-üzə qoyub. Ata bir uşağı motosikletin qarşısında, iki uşağını arxasında oturtmuş, iki azyaşlı uşağını isə  motosikletin sağ və sol tərəfində asılmış çuvallarda daşıyıb.

Svetoforda vətəndaşlar tərəfindən cib telefonu ilə lentə alınan motosikletdə arxadakı qızın yıxılmaması üçün çuvalları əlləri ilə tutaraq bacılarına dəstək olduğu görünür. Ətrafdakıların xəbərdarlığına məhəl qoymayan sürücü yoluna davam edib və oradan uzaqlaşıb.