Türkiyənin Batman bölgəsində 2 həftədir dayanmadan asqıran iki uşaq anası Bənazir Aydın (24) Ankara Bilkent Şəhər Xəstəxanasına sövq edilib.
Sherg.az xəbər verir ki,Seyitlər rayonunda yaşayan iki uşaq anası Bənazir Aydın sentyabrın 18-də asqırmağa başlayıb. Asqırması səngiməyən Aydın xəstəxanaya yerləşdirilib.
Burada zərdab müalicəsi alan Aydın evə buraxılıb. Gündəlik həyatda çətinlik çəkən Aydının bir müddət sonra asqırması artıb. Tutma səbəbi hələ müəyyən edilməsə də, Aydın Batman Təhsil və Araşdırma xəstəxanasında müalicə altına alınıb.
Sentyabrın 18-dən davamlı olaraq asqıran və ailəsi kömək istəyən Bənazir Aydın əlavə müayinə və müalicə üçün Ankara Bilkent Şəhər xəstəxanasına göndərilib.