Toyuna günlər qalmış hovuzdan meyiti tapılıb - FOTO

İngiltərədə yaşayan 37 yaşlı Kirsti Ernşou ailəsi ilə birlikdə qaldığı otelin hovuzunda ölü tapılıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, toyuna bir neçə gün qalmış ailəsi ilə 2 həftəlik tətilə çıxan Kirsti Ernşonun cəsədi otel işçisi tərəfindən tapılıb. Karib dənizindəki Sent-Lüsiya adasında baş verən hadisədə bədbəxt qadının ölüm səbəbi ilə bağlı dəqiq bir nəticəyə gəlmək mümkün olmayıb.


Kədərlənən ailə koroner Samanta Marşı hadisə ilə bağlı kifayət qədər sübut təqdim etməməkdə günahlandırıb. Gəlinin hovuza düşməzdən əvvəl narkotikin təsiri altında ola biləcəyi və buna görə də boğularaq öldüyü ehtimal edilib. Bununla belə, Ernşonun anası qızının çox yaxşı üzgüçü olduğunu və narkotikdən istifadə etmədiyini iddia edib. Həmçinin, tələb olunan toksikoloji hesabatın heç vaxt məhkəmə ekspertizası şöbəsi tərəfindən təqdim edilmədiyi iddia edilib.

Müəmmalı şəkildə dünyasını dəyişən Ernşonun  sağlamlıq tarixçəsi araşdırıldığında, onun təxminən 10 il əvvəl həddindən artıq spirtli içki qəbul etdiyinə dair bəzi məlumatlar ortaya çıxıb, lakin ailəsi qızlarının son vaxtlar buna diqqət yetirdiyini və spirt istehlakından uzaq durduğunu söyləyib.

Yarılmada Kirstinin ürək keçirmə sistemində anormallıq ola biləcəyi bildirilib. Ürək keçirici sistem ürəyin büzülməsinə və elektrik siqnalları vasitəsilə bütün bədənə qan pompalamasına imkan verir. Dr. Edvin Kuper irsi anormallıq zamanı ailə üzvlərinin kardioloq müayinəsindən keçməsini tövsiyə etsə də, məhkəmə-tibb ekspertləri hələ də mübahisəli məsələ ilə bağlı dəqiq bir nəticəyə gəlməyiblər.