Oğuzda sürücü sükan arxasında öldü

Oğuzda sürücü sükan arxasında ölüb.

Lent.az xəbər verir ki, hadisə Malıx kəndi ərazisində baş verib.

Bayan kənd sakini, 58 yaşlı Arzu İsmayılov avtomobil idarə edərkən qəfil ürəyi tutub və vəfat edib.

Faktla bağlı araşdırma aparılır.