Bakıda kafe yanıb, məktəb binasına zərər dəyib

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a verilən xəbərə görə, yüksək temperaturdan bitişik məktəb binasının akt zalının 1 ədəd pəncərəsi əriyib.

Kafenin qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.