Ağdaşda zəlzələ baş verib

Ağdaşda zəlzələ baş verib.

Bu barədə Sherg.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Qeyd edək ki, ötən gün Cəlilabad rayonu ərazisində 3,6 bal gücündə zəlzələ baş vermişdi.