
1700 illik qadın məzarı tapıldı! Ərazidə müxtəlif tarixi binalar da var
08:29 18.10.2024
Hadisə
496
Adıyamanın Gölbaşı mahalına bağlı Yukarı Nəsırlı kəndi sərhədlərində yerdən 4 metr hündürlükdə qayada oyulmuş və üzərində qadın əksinin olduğu yer aldığı 1700 illik Roma dövrünə aid kameralı türbə aşkar edilib.
Sherg.az xəbər verir ki, “Qızkap məskəni” kimi tanınan yerdə, qayada oyulmuş, üzərində qadın əksi olan qəbir kamerası tapılıb. Kənd sakinləri Adıyaman Muzey Müdirliyinə qadın rəsmi barədə məlumat veriblər.
Adıyaman Muzeyinin direktoru Mehmet Alkan və onu müşayiət edən şəxslər əraziyə baxış keçirib. Həmçinin kameralı türbənin yanında qadın rəsmi olan, Roma dövrünə aid və 1700 ilə aid müxtəlif tarixi binalar var.
Adıyaman Muzey Müdirliyinin bölgənin qeydiyyatı üçün Şanlıurfa Mədəni İrsi Qoruma Regional İdarə Heyətinə müraciət edəcəyi öyrənilib.

Mövzu ilə bağlı məlumat verən Adıyaman Muzeyinin direktoru Mehmet Alkan deyib: “Vətəndaşlarımızdan birinin verdiyi məlumat nəticəsində Yukarı Nəsırlı kəndinə gələrək araşdırmalar apardıq. Bu araşdırmalar nəticəsində burada yaşayış massivləri və hündürlüyü təxminən bir yarım metr olan qadın rəsminə rast gəldik. Bu qadın relyefinin bir az altında bir qəbir kamerası da aşkar etdik. Qdının bir az aşağıda yerləşən kameralı türbədə dəfn edildiyi bildirilir. Bundan əlavə, burada apardığımız araşdırma nəticəsində onun eramızın III əsrinə aid kamera türbəsi olduğunu müəyyən etdik. Başqa sözlə, bu, 1700 il əvvələ aid qadın məzarıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol