300 məscid, 500 qəbiristanlıq məhv edilib - QAİ
16:45 30.10.2024
Gündəm
424
Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, 300-dən çox məscid, saraylar, qala və karvansaralar, 500-ə yaxın qəbiristanlıq yerlə-yeksan edilib.
“Sherg.az” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ABŞ-ın Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts və Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çenlə icmada keçirilən görüşdə deyib.
Tədbirdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.
Deputat Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib.
İcmanın şöbə müdiri Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-də da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.
Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından eşitmiş olsa da, indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumat alıb. O, Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya