Türkiyə vətəndaşı Bakıda ölüb.
Sherg.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı aeroportunda qeydə alınıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı, 1950-ci il təvəllüdlü Bayram Kar təyyarə gözləyərkən qəfil ölüb.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.