Şəmkirdə istixana yanıb

Şəmkir rayonunda istixana yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Şəmkir rayonunda (Bakı-Qazax avtomobil yolunun 397-ci kilometrliyi) ümumi sahəsi 4000 m² olan istixananın polietilen üzlüyü 40 m² sahədə, yaxınlıqda sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd generator və əraziyə dağılan yağ 300 m² sahədə yanıb.

İstixananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.