Türkiyədə ard-arda zəlzələ oldu

Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 07:23-də baş verən zəlzələ yerin 8,81 kilometr dərinliyində meydana gəlib.

Bundan başqa, saat 07:29-da Simavda 3,9 bal gücündə növbəti yeraltı təkan baş verib.

Tələfat və dağıntı qeydə alınmayıb.